Azərbaycanda daha bir vəzifəli şəxs saxlanılıb. Aranxeber xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin rəisi Asif Abdullayev tutulub. O, rüşvət almaqda ittiham olunur. Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo yayıb.
Ağdaş
Aran rayonlarını tanıyaq-I HİSSƏ
1.Ağcabədi rayonu-1930-cu ildə rayon adı almış, 1963-cü ildə rayon statusu ləğv edilərək Ağdam rayonuna verilmiş, lakin 1965-ci ildə yenidən müstəqil rayon statusunu almışdır. 1756km2 ərazidə yerləşən, 134500 nəfər əhalisi olan rayonun nəqliyyat kodu 04-dür. Rayon Qarqar çayının sahilində yerləşir, boz-çəmən tipli torpağı, mülayim-isti və quru iqlimi var. İllik 300-500mm yağıntı yağan rayonun əhalisi pambıqçılıq, taxılçılıq […]
Ağdaşda evdə qaz balonu partlayıb, 1 nəfər xəsarət alıb
Ağdaş rayonunda evdə qaz balonu partlayıb. Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pirkəkə kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Aslanov Elnur Faiq oğlu yaşadığı evdə qaz balonunun partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb. O, təcili olaraq Bakı şəhərindəki Respublika Yanıq Mərkəzinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
Sürücü idarəetməni itirdi, üç nəfər xəsarət aldı
Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Qəbələ sakini, 1990-cı il təvəllüdlü Xıdırov Etibar Şahin oğlu “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Etibar Xıdırov, eləcə də sərnişinlər – […]
Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib
Ağdaşda karantin rejim qaydalarını pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan mətbuat-a verilən məlumata görə, ölkədə tətbiq olunan xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Rayon ərazisində karantin […]




