Ağdaş rayonunda evdə qaz balonu partlayıb.
Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pirkəkə kəndində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Aslanov Elnur Faiq oğlu yaşadığı evdə qaz balonunun partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb.
O, təcili olaraq Bakı şəhərindəki Respublika Yanıq Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.



