Azərbaycan dövlət müstəqiliyini bərpa edəndən sonra ölkədə aqrar islahat həyata keçirildi- keçmiş kolxoz və sovxozlar ləğv edildi. Onların torpaqları isə yerləşdiyi yaşayış məntəqələrində yaşayan əhaliyə kənd təsərrüfatı məhsulları yetişdirmək üçün dövlət tərəfindən pay kimi verildi Bundan sonra pambıq əkmək Azərbaycan kəndlisinin könüllü seçimi oldu. Nəticədə 1999-cu ildən etibarən pambıq istehsalı 100 min tondan da aşağı düşdü. 2009-cu ildə Azərbaycanda 32 min tona yaxın pambıq tədarük edilib ki, bu, təqribən bir əsr əvvəlin- 1913-cü ilin göstəricisindən iki dəfə azdır. 2010-cu ildə “Pambıqçılıq haqqında qanun”un qəbulu da bu sahədə köklü dəyişikliklərə səbəb olmadı. Həmin qanunda pambıq istehsalçıları üçün nəzərdə tutulan dövlət dəstəyi bir müddət kağız üzərində qaldı. Xüsusilə əkinlərin sığortalanmaması zərərə düşən fermerlərin gözünü qorxutduğundan, onların çoxu bu məhsuldan birdəfəlik imtina etməyinə səbəb oldu. 2015-ci ildə dünya bazarında neftin qiyməti kəskin ucuzlaşanda, hökumət nəhayət qeyri-neft sektorunun inkişafı barədə ciddi düşünməyə və real addımlar atmağa başladı. Və bu zaman pambığı seçdi. Niyə məhz pambığı? Bu suala pambıqçılığın inkişafına dair respublika müşavirələrində Azərbaycan prezidenti tərəfindən aydın cavab verilib: 1) İxracyönümlü olmağına görə “Pambıq ixracyönümlü məhsuldur, ölkəyə valyuta gətirir. Elə məhsul Azərbaycanda istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bax, pambıq o məhsullardandır. Çünki dünya birjalarında satılır.” 2) əməktutumlu olmağına görə “Pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var” 3) ənənəviliyinə görə “Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olubdur.” 2015-ci ilə ölkə üzrə 18,7 min hektar sahədə pambıq əkilib, 35,2 min ton məhsul istehsal edilib. Bu göstəricilər müvafiq olaraq 2016-cı ildə 51,4 min hektar və 89,4 min ton, 2017-ci ildə 136 min hektar və 207,5 min ton olub. 2018-ci ildə 132,5 min hektardan 232,2 min ton, 2019-cu ildə 100,1 min hektardan 294 min ton xam pambıq tədarük edilib. 2017-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılmağı hədəflənib. Hazırda 1 ton pambığın alış qiyməti növündən asılı olaraq 550-650 manat aralığında dəyişir. Pambıqçılığın inkişafına nail olmaq üçün hökumət bazar iqtisadiyyatı prinsiplərindən də imtina edib. Dövlət başçısı bunu açıq surətdə bəyan edib: “Əvvəlki illərin təcrübəsi onu göstərir ki, əgər biz pambıqçılığın inkişafını ancaq biznes qurumlarının öhdəsinə buraxsaq, biz pambıqçılığı itirərik, necə ki, itirirdik.” O, həmçinin bu sahənin gəlirli olduğunu deyib: “Pambıqçılığı inkişaf etdiririk ki, insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı pul qazansınlar.” Amma müstəqil kənd təsərrüfatı mütəxəssisləri ,iqtisadçılar və hüquqşünaslar bu sahənin inkişafının iqtisadiyyata, əhalinin rifahına tövfə verəcəyi ilə bağlı nikbin fikirdə deyillər. İqtisadçı Rövşən Ağayev adminstrativ yollarla daha böyük həcmdə pambıq əkilməsinin təsərrüfat balansını pozduğunu deyir: “Məcburetmə ilə pambıq əkiləndən sonra bazarda ətin qiyməti qalxmağa başladı. Çünki dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarda, eləcə də örüş, otlaq sahələrində pambıq əkiləndən bəri kəndli üçün mal-qara saxlamaq çətinləşib. Əgər hökumət gerçəkdən istəyirsə ki, ölkədə insanlar kənd təsərrüfatından pul qazansın, burada bazar iqtisadiyyatının qaydaları işləməlidir.”
Related Articles
Bərdədə ailə faciəsi: Ata traktoru aşırıb oğlunu öldürdü – VİDEO
İyunun 22-də saat 22 radələrində Bərdə rayon ərazisində 2005-ci il təvəllüdlü Elnur Məmmədlinin traktorun aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub. Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən, digər zəruri hərəkətlər yerinə yetirilib. Müəyyən […]
Kür çayında batanların kimliyi məlum olub
Kür çayında batanların kimliyi məlum olub. Aranxeber xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə həmin şəxslər 1974-cü il təvəllüdlü Abulbəyli kənd sakini Həsənov Namiq Əli oğlu və 1986-cı il təvəllüdlü İsnaylov Abbas Hüseyn oğludur. Hazırda hər iki şəxsin axtarışları davam edir.
Prezident İlham Əliyev Ağcabədidə yol tikintisinə 7,6 milyon manat ayırıb
Prezident İlham Əliyev iyulun 25-də “Ağcabədi rayonunun Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və […]