Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri torpaqsız, hüquqsuz qoyub. İmişli rayonunun Qaralar kəndində yaşayan, o dövrdə tarlaçılıq briqadiri işləmiş Ərzulla Mirzəyev həmin illəri belə xatırlayır: “Hər iş gününə 20 qəpik pul bölərdilər. O da heç bir şey. Çoxu da borclu qalırdı kolxoza. Minimal ehtiyaclarını ödəmək üçün kolxozçular ilin əvvəlindən avans alıb xərcləyirdi, ilin axırında kolxoz planı doldurmayanda qalırdılar borclu… ” Tarixçi Zakir Nadirzadə kəndlilərin hüquqsuzluğuna diqqət çəkir: “1953-cü ilədək Azərbaycanda, bəlkə də bir az boyağı çıxacaq, elə bil ki, təhkimçilik hüququ idi. Kəndlilərin bir kənddən başqa bir kəndə köçüb getmələrinə icazə verilmirdi. Onların pasportu belə olmayıb.” Sovetlər pambıqçılığa cəbhə kimi yanaşılırdı. Sabirabadda nəşr olunan yerli qəzet “Pambıq cəbhəsində” adlanırdı. İmişlidə nəşr olunan “Qızıl ulduz” qəzetində isə “Pambıq yığımı zərbəçi cəbhədir”, “Pambıq tarlası hünər meydanıdır” rubrikaları altında tarla reportajları, statistik məlumatlar təqdim olunurdu. Planı yerinə yetirmək “qələbə”, “zəfər” hesab olunurdu. Belə vaxtda qəzet, bayramlarda olduğu kimi, qırmızı rəngə boyanırdı. Pambıq yığımı mövsümündə hər gün qəzetin xüsusi buraxılışı- pambıq bülleteni dərc olunurdu.
Related Articles
Ağcabədi sakinindən silahlar götürüldü
Ağcabədi rayon sakinində silahlar aşkarlanıb. Aranxeber xəbər verir ki, bu, barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əliyevin Ağabəyli kəndindəki evinin zirzəmisindən müvafiq sənədləri olmayan 2 ədəd “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Beyləqan sakini dəm qazından zəhərlənərək ölüb
Beyləqanda ölüm hadisəsi baş verib. aranxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 1-ci Şahsevən kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Atakişiyev Rasim Əli oğlunun meyiti qohumları tərəfindən yaşadığı evdə aşkarlanıb. İlkin ehtimala görə, R. Atakişiyev dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Yevlaxda polis şöbəsində intihar olub
Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində intihar faktı baş verib. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir. Xəbərə görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub. […]