Beynəlxalq Valyuta Fondunun “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır. Qeyd edək ki, qurumun daha öncə oktyabrda açıqladığı hesabata görə, Azərbaycanın 2021-ci il üzrə iqtisadi artım göstəricisi təqribən 2 faiz proqnozlaşdırılırdı. Aranxeber İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri […]
İnkişaf
“Zoom”un təsisçisi 6 milyard dollarlıq səhmlərini hədiyyə etdi
“Zoom Video Communications” şirkətinin təsisçisi Erik Yuan səhmlərinin 40%-ni naməlum şəxslərə hədiyyə edib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Hədiyyə olunan səhm paketinin dəyəri təxminən 6 milyard dollardır. E.Yuan 18 milyon ədəd “Zoom” səhmini adı gizli saxlanılan iki şəxsə bağışlayıb. Bunadək o, 15%-lik səhm paketilə “Zoom”un Direktorlar Şurasında həlledici səsə malik idi. Hədiyyə […]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumları 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin tabeliyində olan qurumlara xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib. Bura məsul növbətçilər […]
Rəşad Nəbiyevə yeni müavin təyin edildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub. Rəhman Dursun oğlu Hümmətov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini təyin edilib. Qeyd edək ki, bu təyinatadək R.Hümmətov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Ölkədə göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri açıqlandı
Azərbaycanda 2020-ci il ərzində 2 milyard 235,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, bu, 2019-cu illə müqayisədə 0,6 faiz çox olub. Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 2 milyard 197,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib. Bu xidmətlərin dəyəri 2018-ci ilə nisbətən […]