Azərbaycanda 2020-ci il ərzində 2 milyard 235,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, bu, 2019-cu illə müqayisədə 0,6 faiz çox olub.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 2 milyard 197,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib. Bu xidmətlərin dəyəri 2018-ci ilə nisbətən 15,9 faiz çox olub.