Ağdaş Mingəçevir Ölkə Region

Mingəçevir və Ağdaşda gənclər üçün yeni imkanlar yaranır – FOTO

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəlikləri Ağstafa, Tovuz, Mingəçevir və Ağdaşda yerləşən Heydər Əliyev Mərkəzlərində fəaliyyətə başlayıb. Açılış mərasimlərində rayon icra hakimiyyətlərinin nümayəndələri, millət vəkilləri, Gənclər Fondunun icraçı direktoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və region gəncləri iştirak edib. Yüzlərlə gənc isə açılış tədbirini onlayn şəkildə izləyib. Açılış tədbirlərində gənclərlə söhbət və […]

Ağdaş Hadisə Ölkə

Ağdaşda bədbəxt hadisə: 20 yaşlı qız zəhərlənərək vəfat edib

Ağdaş rayon sakini zəhərlənərək vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, 20 yaşlı Xankişiyeva Əminə Tahir qızı zəhərlənmə diaqnozu ilə əvvəlcə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, bir neçə saat sonra Ə.Xankişiyeva Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında vəfat edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ağdaş Hadisə Kriminal

Ağdaş sakini bıçaqlandı

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb. Göyçay rayon sakini İlqar Mirzəliyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ağdaş sakini Tacəddin Zakirovu bıçaqlayıb. Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Ağdaş Hadisə Region

Ağdaşda rüşvət alarkən yaxalanan məmurlardan xəbər var

Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin Ünvanlı sosial yardım və sosial […]