Ağcəbədi Hadisə Region

Ağcabədidə 17 yaşlı oğlan bıçaqlanıb

Ağcabədidə 17 yaşlı oğlan bıçaqlanıb.

Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Rayon sakini, 2003-cü il təvəllüdlü Kamil İsmayılov münaqişə zəminində tanışı, 2003-cü il təvəllüdlü Sənan Rüstəmova bıçaqla bir neçə zərbə vurub.

S. Rüstəmov xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları tərəfindən K. İsmayılov saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbriləri davam etdirilir.