Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub. ANAMA-dan verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik […]
Ağcəbədi
Düşmən Ağdam və Ağcabədini atəşə tutur – RƏSMİ
Noyabrın 2-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu – RƏSMİ
Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, dağıntı və xəsarət alanlar yoxdur.
Ağcabədidə yanğın oldu
Ağcabədi rayonunun Boyat kəndində ümumi sahəsi 168 kvadrat metr olan evin mətbəxinin yanar konstruksiyaları 20 kvadrat metr sahədə və dam örtüyü 5 kvadrat metr sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürlüb.
Ağcabədi sakinləri icra hakimiyyətindən şikayət edirlər: “Əkin üçün torpaq sahəsi ayrılmır”
Ağcabədi rayonu Boyat kənd sakinləri əkin sahələri ilə bağlı şikayət edirlər. Bu barədə Oxu.Az-a müraciət edən Boyat kənd sakini Mübariz Əhmədov məlumat verib. O deyir ki, Boyat kənd bələdiyyəsinin ehtiyat fondundan sakinlərə əkin üçün torpaq ayrılmalıdır, amma bizə düşən pay verilmir: “Bələdiyyənin ehtiyat fondunda isə 52 hektara yaxın torpaq sahəsi var. Bələdiyyə həmin ehtiyat fondunun torpaqlarını […]




