Beyləqan Hadisə Ölkə

Beyləqanda mikroavtobus aşdı: Ölən və yaralananlar var

Yanvarın 3-də saat 20 radələrində Beyləqan rayonu İkinci Aşıqlı kəndinin ərazisində Zərdab rayon sakini X.Məmmədzadə idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb.  Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.  Nəticədə sərnişinlərdən Emil Salıyev hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin xəstəxanaya yerləşdirilib. Araşdırmalar aparılır.

Beyləqan Hadisə

Beyləqanda karantin qaydalarını pozan iki COVID-19 xəstəsi aşkarlandı – FOTO

Beyləqanda COVID-19 xəstələri barədə qanunamüvafiq tədbirlər görülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri V. Hüseynovun və N. Nəsirlinin yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları aşkarlanıb. Həmin şəxslər müəyyən edildikləri […]

Ağcəbədi Beyləqan Hadisə

Cəbhəyanı ərazilərdə onlarla tank və piyada əleyhinə mina, bombacıqlar aşkarlandı – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub. ANAMA-dan verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik […]

Beyləqan Hadisə Ölkə Region

Beyləqanda komendant saatını pozan şəxsdən silah götürülüb

Beyləqanda komendant saatını pozan şəxsdən silah götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 16-da saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini P.İzzətov idarə etdiyi “Mercedes” markalı avtomobillə komendant saatı rejimini pozduğuna görə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Beyləqan Region

Nazir müavini Beyləqanda yeni tikilən məktəbin açılışında iştirak edib

Sentyabrın 14-də Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.  Açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Beyləqan Rayon  Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov iştirak edib.  Bildirilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir.  24 sinif otağından ibarət ümumi təhsil […]