Hadisə fevralın 14-də, gecə saatlarında Sabirabad rayonunun Həşimxanlı kəndində ov zamanı baş verib.
aranxeber.com-ın verdiyi məlumata görə, Bakı sakini, 1985-ci il təvəllüdlü Anar Ramiz oğlu Mirzəyev idarə etdiyi “Jeep” markalı minik avtomobilini su kanalına aşırıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər – Tovuz rayon sakini, 1984-cü il təvəllüdlü Elman Rüstəmov və 1990-cı il təvəllüdlü Vüsal Allahverdiyev xilas olsa da, sürücü ölüb. Hadisə yerinə FHN Sabirabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Onlar sürücünün meyitini əzilmiş nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə yerinə FHN Sabirabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Onlar sürücünün meyitini əzilmiş nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Anar Mirzəyev fevralın 15-də Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunub.
[Best_Wordpress_Gallery id=”41″ gal_title=”AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev avtomobil qəzasında həlak olub.”]



