Biləsuvar Hadisə

Biləsuvarda kanalizasiya üçün qazılan yolların bərpası yaddan çıxıb

Bir müddət əvvəl Biləsuvar rayonunda kanalizasiya sisteminin yenidən qurulması üçün şəhərin əsas küçələrində qazıntı işləri aparılıb. Bu işləri həyata keçirən “Azərsu” ASC işlərini yekunlaşdırsa da yolların bərpası yaddan çıxıb. Bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, yollar artıq yarım ildir ki, bərbad vəziyyətdədir. Bundan isə ən çox əziyyət çəkən sürücülərdir. Onlar bildirib ki, şəhərin […]

Biləsuvar Hadisə

Biləsuvarda əmisi oğlunu xilas edən məktəbli çayda boğuldu

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. Hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Belə ki, Bolqarçayda çimən məktəblilərdən biri, Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb. Mərhum 10 yaşlı əmisi oğlunun boğulmasını görüb və onu suyun dayaz hissəsinə çıxarıb. Lakin özü yorulduğundan çayda boğulub. Qeyd edək ki, orta məktəbin 9-cu sinfini […]

Baş Biləsuvar Hadisə

Biləsuvarda “1001 palıd” layihəsinin icrasına start verilib

Mayın 1-də “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “1001 palıd” layihəsinin icrasına Biləsuvarda start verilib. Layihə çərçivəsində Biləsuvar şəhərinin mərkəzi parkında palıd fidanları əkilib. Bu nəcib təşəbbüsə rayonun bir neçə təhsil və gənclər təşkilatları da qoşulub. “1001 palıd” layihəsinin davamı olaraq rayonda müəyyən olunmuş ərazilərdə palıd ağaclarının çoxaldılması planlaşdırılır. Palıd fidanlarını böyütmək, onlara […]

Biləsuvar

Biləsuvarda piyadanı vuran naməlum sürücü hadisə yerindən qaçıb

Biləsuvar rayonunda yol qəzası baş verib. Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Nəsimikənd kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlunu avtomobil vurub. İlkin məlumata görə, avtomobil hadisə yerindən uzaqlaşıb. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir. Faktla bağll araşdırma aparılır.

Biləsuvar Hadisə

Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələndi

Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Bəydili kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gəlib, sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb. Yas mərasimini təşkil edən Bəydili kənd sakini A.Məmmədov karantin rejiminin […]