Biləsuvar rayonunda yol qəzası baş verib.
Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Nəsimikənd kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlunu avtomobil vurub.
İlkin məlumata görə, avtomobil hadisə yerindən uzaqlaşıb.
Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.
Faktla bağll araşdırma aparılır.