Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri, xüsusilə vergi hesabatlarında çətinliklərlə üzləşirlər. Bu, maliyyə idarəçiliyi və vergi məsələləri baxımından ciddi problemlərə yol açır, hansı ki, maliyyə cərimələri kimi əlavə ödənişlər yaranır. “Sözügedən layihənin icrası ilə, biz bu kimi problemləri həll etmək üçün, […]
Bərdə
Bərdədə keçirilən imtahanlarda 1509 nəfər iştirak edib
Dövlət İmtahan Mərkəzinin aprelin 3-də Bərdə şəhərində keçirdiyi ali təhsil müəssisələrinə qəbulun 1-ci mərhələ və orta təhsil müəssisələrində yekun qiymətləndirmə (11 illik, əvvəlki illər) imtahanlarında 1509 nəfər iştirak edib. Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən bildirilib ki, imtahanların təşkil edilməsi üçün 6 imtahan binası ayrılıb, 6 ümumi imtahan rəhbəri, 130 zal nəzarətçisi, 17 imtahan rəhbəri, buraxılış […]
Bərdədə qəza piyadanın ölümü ilə nəticələndi
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. İyunun 3-də saat 1 radələrində Bərdə şəhəri ərazisində Şirvanlı kənd sakini N.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən şəhər sakini Yaşar Lazımovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.
Bərdə rayonunda “Qadın Klubu”nun icrası davam edir
Bərdə rayonunda regionda qadınlara qarşı stereotiplərin qırılması və gender bərabərliyinin təminedilməsi məqsədilə qadınların ictimai həyatda sosial aktivliyi və onların şəxsi karyerasıistiqamətində özlərini inkişaf etdirmələri üçün İKT bacarıqlarının artırılması, gender bərabərliyi,qadın liderliyi, məişət zorakılığının qarşısının alınması haqqında maarifləndirilməsi məqsədiləyaradılan “Qadın Klubu” layihəsinin icrası davam edir.Qısa müddət fəaliyyətə başlamasına baxmayaraq, layihə region qadınları arasında böyük rəğbətqazanıb. Digər […]
Bərdədə “Heyvandarlıqda dişi toxumun tətbiqi” və “Heyvandarlıqda yem rasionlarının tətbiqi və müasir rasion proqramları” mövzularında təlimlər təşkil olunub.
18 Mart tarixində “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsindəkənd təsərrüfatı sahəsində heyvandarlıq ixtisası üzrə dövlət və özəl sektornümayəndələri, peşə məktəblərinin müəllim və mühəndis pedaqoji heyəti, fermer vəsahibkarlar üçün yeni baxış və performans yönümlü İnnovativ Təlimlər silsiləsindən“Heyvandarlıqda dişi toxumun tətbiqi” və “Heyvandarlıqda yem rasionlarının tətbiqivə müasir rasion proqramları” mövzularında təlimlər təşkil olunub. Bərdə şəhərində keçirilən təlimlərdə […]




