Neftçalada yanğın baş verib. Aranxeber FHN-in saytına istinadən xəbər verir ki, rayonunun Xıllı qəsəbəsində baş vermiş yanğın zamanı ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının səbəbi araşdırılır
Neftçala
Aran rayonlarını tanıyaq – II HİSSƏ
7.Hacıqabul rayonu-24 yanvar 1939-cu ildə yaranıb, 1641km2 ərazidə yerləşir, əhalisinin sayı 75000 nəfər təşkil edir. Nəqliyyat kodu 24-dür. Kür-Araz ovalığının cənub-şərqində yerləşən rayonun ərazisindən Kür və Pirsaat çaylarıda keçir. Boz-çəmən və şoran torpaq tipi olan rayonun quru və isti iqlimi var. İllik yağıntı 250-370mm təşkil edir. Rayon əhalisinin əsas məşğuliyəti heyvandarlıq, əkinçilik və quşçuluqdur. Rayonun […]
“Azəriqaz” rəhbərliyi Salyan, Neftçala və İmişlidə vətəndaşları qəbul edib
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda sakinlərlə görüşüb. Aranxeber-in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İB-in baş direktorunun müavinləri-Ramil İsgəndərovla Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında sakinlərin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın […]
Neftçala və Astara rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əliyev Ramiz Bəylər oğlu “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub. Aranxeber xəbər verir ki, bu barədə mətbuata TƏBİB-dən məlumat verilib. Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə […]
Neftçala sakinindən tüfəng götürüldü
Sumqayıt və Neftçala sakinlərindən silah-sursat aşkarlanıb. Aranxeber xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti açıqlama verib. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyevdən müvafiq sənədləri olmayan “Marqolin” markalı idman tapançası, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Bundan başqa, Neftçala Rayon Polis […]




