Neftçalada yanğın baş verib.
Aranxeber FHN-in saytına istinadən xəbər verir ki, rayonunun Xıllı qəsəbəsində baş vermiş yanğın zamanı ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğının səbəbi araşdırılır



