Neftçala rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 144 kvadrat metr olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 25 kvadrat metr sahədə və dəhlizinin lambirdən ibarət tavanı 6 kvadrat metr yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Neftçala
Neftçalada çətənə bitkisi yetişdirən daha bir şəxs tutuldu – FOTO
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər uğurla davam etdirilir. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Daxil olmuş məlumat əsasında Neftçala RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə […]
Azərbaycan Prezidenti Neftçaladakı su çatışmazlığını müzakirə etdi
Neftçalada vəziyyət gərgindir, cənab Prezident. Orada baş verən məlum hadisə ilə bağlı Neftçala şəhəri və rayonun 38 kəndi içməli sudan məhrum olub. Aranxeber xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və bizim dəstəyimizlə orada […]
Sabirabadda iki yük maşını toqquşub, xəsarət alanlar var
Sabirabadda yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb. “QAZel” markalı avtomobil qoşqulu yük avtomobili ilə toqquşub. Nəticədə avtomobildə olan Neftçala rayonunun Boyat kənd sakinləri, 1972-ci il təvəllüdlü Tarverdiyev Xanəhməd İntiqam oğlu və 1968-ci il təvəllüdlü Əhədova Ağgül Xanbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq […]
Baş prokurordan yeni TƏYİNATLAR
Baş prokurorluqda kadr dəyişikliyi olub. Aranxeber xəbər verir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Anar Cəfərov Ağstafa rayon prokuroru, Vasif Süleymanov Ağdam rayon prokuroru, Vahid Məmmədov Cəlilabad rayon prokuroru, İlkin Mustafayev Laçın rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. K.Əliyevin əmri ilə İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə […]