Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan” layihəsi uğurla davam edir. Həyata keçirilən layihə çərçivəsində növbəti təlim-toplantıda Sabirabad şəhər 2 və 5 saylı orta məktəbin şagirdləri ilə yanaşı təlimçilər, məktəb rəhbərləri, peşəkar həkimlər də iştirak edirdi. Layihə rəhbəri Sabirabad şəhər 2 saylı […]
Sabirabad
Sabirabadın yeni Baş planında mənzil fondunun genişləndirilməsi nəzərdə tutulur
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Sabirabad şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 29 mart tarixli müvafiq Qərarı ilə təsdiq edilib. Komitənin mətbuat xidmətindən bildirilib ki, 2038-ci ilə qədər olan dövr üçün nəzərdə tutulan Sabirabad şəhərinin sayca dördüncü Baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən işlənilib. Yeni sənədin hazırlanması müddətində […]
Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var
Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Cavad küçəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Saatlı rayonunun Novruzlu kənd sakini, 1983-cü il təvəllüdlü Cavadova Günay Əlamətdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Sabirabad sakini oğurluq etdiyi evi yandırdı
Martın 21-də saat 1 radələrində Sabirabad şəhəri Yeni məhəllədə yaşayan E.Seyfullayevin evində yanğın baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nəticədə 60 kvadratmetr sahədə yanar konstruksiyalar oradakı əşyalarla birgə yanıb, xəsarət alan olmayıb. Sabirabad Rayon Polis Şöbəsində aparılan araşdırmalarla evdən 1 200 manat dəyərində məişət əşyalarının oğurlanması və evin yandırılması müəyyən […]
Sabirabadda minik avtomobili yanıb
Sabirabadda minik avtomoblində yanğın olub. Hadisə zamanı “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.