Salyan rayonuna yeni prokuror təyin olunub. Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Kamran Əliyevin əmri ilə Ağsu rayon prokuroru Rəşad Mansurov tutduğu vəzifədən azad olunaraq Salyan rayon prokuroru təyin edilib.
Salyan
Salyanda fermerlər qarpız əkininə böyük maraq göstərirlər-FOTO
Yayın əvəzedilməz, sərinləşdirici meyvəsi olan qarpızın vətəni Sabirabad olsa da, salyanlı fermerlərin də bu sahəyə marağı çoxdur. Hazırda Salyanda bir neçə yerdə qarpız əkininə start verilib. ARANXƏBƏR xəbər verir ki, qarpız əsasən Salyanın Xələc, Marışlı, Noxudlu və Kürqaraqaşlı kəndlərinin ərazilərində əkilirdisə, bu gün artıq Qızılağac kəndinin sakinləri də təsərrüfatın bu sahəsinə olduqca maraqlıdır. Bu ərazilərdə yetişdirilən […]
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb
Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Qəza Ələt-Astara yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Pikap” tipli avtomobillə “Azsamand” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.
Salyanda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib – FOTO/VİDEO
Salyan rayonunda yerləşən Şirvan kollektorunda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib. “Report” xəbər verir ki, reyd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Balıqçılar ittifaqı ilə birlikdə təşkil olunub. Aksiyanın məqsədi sintetik torlar vasitəsilə balıq ovlayanlarla mübarizə aparmaqdan ibarətdir. 3 saylı regional ETSN-nin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli bildirib ki, reydlər davam etdiriləcək: “Ekologiya və […]
Salyanda sahibsiz itlər 10 baş xırdabuynuzlu heyvanı parçaladı – FOTO
Salyan rayonunda sahibsiz itlər şəxsi təsərrüfata hücum edərək qoyun-quzunu parçalayıb. Hadisə Yenikənd kəndində baş verib. Kənd sakini Nəhmədov Əli Rəhman oğluna məxsus 10 baş xırdabuynuzlu heyvan həyətyanı sahəyə məxsus yoncalıqda otlayarkən sahibsiz itlərin hücumuna məruz qalıb. İtlər üç baş qoyunu öldürüb, yeddi baş qoyunu isə yaralayıb. Hadisə yerinə gələn Salyan rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən […]




