Hacıqabul Hadisə Region

Hacıqabulda “patı” əməliyyatı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar […]

Hacıqabul Hadisə

Hacıqabulda altı avtomobil toqquşub, xəsarət alanlar var

Hacıqabul rayonu ərazisində zəncirvari ağır yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Hacıqabul Hadisə

Hacıqabulda avtomobillər toqquşdu, xəsarət alan var

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik maşını Gəncə istiqamətində hərəkətdə olarkən arxadan gələn eyni markalı avtomobil ona çırpılıb. Hadisə nəticəsində bir nəfər – Yevlax rayon sakini, 24 yaşlı Yunusov Arzuman Musa oğlu müxtəlif xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon […]

Hacıqabul Hadisə

Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı

Hacıqabulda qanunsuz ov edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən rayon sakini Əkbər Eyvazov saxlanılıb. Ondan “MR-155” markalı ov tüfəngi və yeddi ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-da araşdırma aparılır.

Hacıqabul Hadisə Ölkə

Hacıqabulda kürəkən qayınatası və qaynını bıçaqladı

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Abdulabad kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Musa Novruzəli oğlu Hüseynov və oğlu, 1996-cı il təvəllüdlü Gündüz Musa oğlu Hüseynovla kürəkənləri arasında münaqişə olub. Münaqişə zamanı kürəkən üzərində gəzdirdiyi bıçaqla M.Hüseynovun çənəsinə, G.Hüseynovun isə başına xəsarət yetirib. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və hər […]