Hadisə Neftçala Region

Neftçala sakinindən tüfəng götürüldü

Sumqayıt və Neftçala sakinlərindən silah-sursat aşkarlanıb.

Aranxeber xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti açıqlama verib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyevdən müvafiq sənədləri olmayan “Marqolin” markalı idman tapançası, 8 ədəd patron və ədəd patron darağı aşkar edilərək götürülüb. 

Bundan başqa, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini V. Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi aşkar edilərək götürülüb.