7.Hacıqabul rayonu-24 yanvar 1939-cu ildə yaranıb, 1641km2 ərazidə yerləşir, əhalisinin sayı 75000 nəfər təşkil edir. Nəqliyyat kodu 24-dür.
Kür-Araz ovalığının cənub-şərqində yerləşən rayonun ərazisindən Kür və Pirsaat çaylarıda keçir. Boz-çəmən və şoran torpaq tipi olan rayonun quru və isti iqlimi var. İllik yağıntı 250-370mm təşkil edir. Rayon əhalisinin əsas məşğuliyəti heyvandarlıq, əkinçilik və quşçuluqdur.
Rayonun Tamilla Nəsirova, Vahid Əliyev, Həmidağa Səmədov, Fariz Cəbrayılov, Təbriz Həsənov kimi şəxsiyətləri var.

8.İmişli rayonu- 8 avqust 1930-cu ildə Qaradonlu adı ilə təsis edilib, lakin 1938 –ci ildə adı dəyişdirilərək İmişli rayonu qoyulub. 1891 km2 ərazisi, 130000 əhalisi olan rayonun nəqliyyat kodu 30-dur.
Mil-Muğan düzündə yerləşən rayonun sərhədindən Kür və mərkəzindən Araz çayları keçir. Boz-çəmən tipli torpağı, isti və quru iqlimi var . İllik yağıntı 300mm təşkil edir. Rayon əhalisi maldarlıq və həmçinin taxılçılıq, pambıqçılıq, yonca və şəkər çuğunduru bitkiləri becərilməsi ilə məşğul olur. Ölkədə yeganə şəkər zavodu bu rayondadır.
Rayonun Lətif Vəliyev, Milli Qəhrəman İmamverdi Əliyev, Nüşirəvan Məhərrəmli, Xanhüseyn Kazımlı, Niyaməddin Musayev kimi şəxsiyətləri var.

9.Kürdəmir rayonu-8 avqust 1930-cu ildə təsis edilib. Ərazisi 1631 km2, əhalisi 115600 nəfər olan rayonun nəqliyyat kodu 33-dür.
Şirvan düzündə yerləşən rayonun ərazisindən Girdiman və Ağsu çayları keçir. Boz-çəmən tipli torpağı, mülayim-isti iqlimi var. İllik yağıntının miqdarı 250-300mm təşkil edir.Rayon əhalisi pambıqçılıq, taxılçılıq, heyvandarlıq və həmçinin üzümçülük, baramaçılıqla məşğul olur.
Rafael Hüseynov, Zabit Quliyev, Əlikram Məmmədov kimi dəyərli rayon sakinləri var.

10.Mingəçevir şəhəri-1946-cı ildə rayon statusu ilə yaradılıb və 1948-ci idə şəhər statusu alıb. II-dünya müharibəsindən sonra sənaye şəhəri kimi inkişaf edib. Şəhərin tikintisində 20000-ə yaxın azərbaycanlı, həmçinin İkinci dünya müharibəsi dövründə əsir düşmüş 10000 alman əsiri də çalışıb. Şəhərin 130km2 ərazisi, 106050 nəfər əhalisi var. Nəqliyyat kodu 45-dir.
İllik yağıntı 300-310mm təşkil edən şəhərin əhalisi sənətkarlıq və balıqçılıqla məşğul olur. Ölkənin elektrikə olan ehtiyacının 60%-ni bu şəhər qarşılıyır.
Aydın Mirzəzadə, Azər Həşimov, Pərviz Bağırov, Elxan Usubov bu şəhərdəndir

11.Neftçala rayonu-Salyan rayonunun tərkibində olub, 24 yanvar 1939-cu ildə Xıllı rayonuna verilib. Rayon, 11 fevral 1940-cı ildə müstəqil rayon statusu almıb. Xıllı rayonu 1959-cu il sentyabırın 24-də ləğv edilərək Neftçala rayonuna verilib. Daha sonra Neftçala 1959-cu il dekabırında ləğv edilərək Salyan rayonuna verilmişdir. 1963-cü ildə ayrılaraq müstəqil olan rayon, 1965-ci ildə yenidən Salyana verilmiş, son olaraq isə 1973-cü il aprelin 27-si müstəqil rayon olmuşdur. 1451km2 ərazisi, 88800 nəfər əhalisi olan rayonun nəqliyyat kodu 47-dir.
Rayon Kür-Araz ovalığının şərqində yerləşir. Mülayim-isti və quru iqlimi, yarımsəhra və şoran torpağı vardır. İllik yağıntının miqdarı 300mm təşkil edir. Nef, qaz, balıq və yemçilik rayonu kimi tanınır.
Neftçalanın Bəhram Əliyev, Samid İmanov, Xanoğlan Məmmədov, Ötkəm İsgəndərov kimi şəxsiyətləri var.

12.Saatlı rayonu rayon statusu aldığı 1943-cü il mayın 25-nə qədər Sabirabadın tərkib hissəsi olub. 1963-cü il yanvarın 4-də Saatlı rayonu yenidən Sabirabadla birləşdirilib. Rayon 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon olub. Ərazisi 1180km2, əhalisi 106500 nəfərdir. Nəqliyyat kodu 49-dur.
Mil-Muğan düzündə yerləşən rayonun şorakət, bataqlıq, boz-çəmən tipli torpağı, mülayim-isti iqlimi var. İllik yağıntı 300mm təşkil edir. Rayon əhalisi heyvandarlıq, pambıqçılıq, taxılçılıq və tərəvəz bitkilərinin yetişdirilməsi ilə məşğul olurlar.
Rahim Əzizov, Ağavəli İbrahimov, Yadulla Həsənli kimi şəxsiyətl Saatlı rayonundandir.




