Ölkə Region Sağlamlıq Şirvan

Şirvanda karantin rejimini pozan şəxslər həbs edilib

Karantin rejim qaydalarının təmin olunması məqsədilə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Aranxeber APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarını pozaraq heç bir zərurət olmadan küçədə gəzən 9 nəfər şəhər sakini saxlanılıb. Saxlanılan şəxslər karantin rejimini pozduqlarına görə barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və şəhər Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs ediliblər.