Xaçmazda bıçaqlanma faktı qeydə alınıb. aranxeber.com APA-a istinadən xəbər verir ki, hadisə rayonun Xuray kəndində baş verib. Kənd sakini 2002-ci il təvəllüdlü Süleymanov Nasir Mahir oğlu bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır. Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.



