Şirvanda bıçaqlanma hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə münaqişə zəminində Şirvanın köhnə şəhər massivi adlanan ərazisində qeydə alınıb. Şirvan sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxrəddin Veys oğlu tanışı tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Bıçaqlanan şəxs ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq yaralı əməliyyat stolunda ölüb. Münaqişə […]
Şirvan
Şirvanda avtomobilin vurduğu kişinin ayaqları sındı
Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Y.Çəmənzəminli küçəsində qeydə alınıb. Belə ki, 1954-cü il təvəllüdlü Məmmədov Alim Canbala oğlu mağazadan çıxarkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ və sol baldır sümüklərinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Şirvanda yaşlı kişi iki bacını bıçaqladı
Şirvanda iki qadın bıçaqlı hücuma məruz qalıb. “Qafqazinfo”nun məlumatına görə, Şirvan şəhər sakinləri – 1994-cü il təvəllüdlü İlahə Qasımova və onun bacısı, 1993-cü il təvəllüdlü Şəhla Qasımova qonşuları 1956-cı il təvəllüdlü Nəzərov Eyvaz Mehdi oğlu tərəfindən bıçaqlanıblar. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Şirvanda avtomobil azyaşlını vurub
Şirvan rayonunda azyaşlını avtomobil vurub. APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobil yola qəfildən çıxan təxminən 12 yaşlı uşağı vurub. Ağır xəsarətlər alan azyaşlını sürücü özü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Faktla bağlı araşdırma aparılır.
Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı – FOTO
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhərində Reabilitasiya Mərkəzini əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verib. Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2019-cu ildə Yevlax, Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi, bu ilin avqust ayında isə Lənkəran, Şəki və Xaçmaz Reabilitasiya Mərkəzləri əsaslı […]