Kürdəmir rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb.
Aranxeber xəbər verir ki, bu barədə mətbuata Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda bildirilib ki, hadisədə xəsarət alan iki uşaq – 2 yaşlı Kürdəmir rayon sakini Piriyev Sabir Ceyhun oğlu və İmişli rayon sakini Hətəmova Arzu İsrail qızı həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.
Qeyd edək ki, bu gün Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi “Nissan” markalı maşın toqquşub.



