Hadisə İmişli Region

İmişlidə baş vermiş qəzada ölənlərin sayı 2 nəfərə çatıb

İmişlidə baş vermiş qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

Aranxeber xəbər verir ki, bu gün İmişlidə baş vermiş ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət almış Niyaməddin Musayevin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada vəfat edib.

Qeyd edək ki, İmişli rayonunda bu gün səhər saatlarında İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Gülməmmədov Ruslan Dünyamalı oğlunun idarə etdiyi “KamAZ “ markalı yük avtomobili ilə Yalavac kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun idarə etdiyi ”QAZel” markalı yük avtomobili toqquşub, nəticədə “QAZel” markalı avtombilin sürcüsü ölüb. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZel” markalı yük avtomobilinin sürücüsü,  1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.