Hadisə İmişli Region

İmişlidə “QAZel” ilə “Mercedes” toqquşdu, yaralananlar var

İmişli rayonunun Çahar kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

Aranxeber xəbər verir ki, “QAZel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. 

Qəza nəticəsində İmişli rayon sakinləri – 1989-cu il təvəllüdlü Eyvazov Elməddin Vahid oğlu və 1991-ci il təvəllüdlü Xankişiyev Nizami Teyyub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.