Mingəçevir sakini qolundan xəsarət alıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Təbriz küçəsində baş verib.
1996-cı il təvəllüdlü Məmmədov Cavanşir İsrafil oğlu sağ qolundakı kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.
Xəsarətin qəsd və ya təsadüf nəticəsində yetirildiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.



