Təhsil Naziri Emin Əmrullayev bu gün intihar edən məktəblilər haqqında paylaşım edib.
O sosial şəbəkədə şagirdlərin ailəsinə baş sağlığı verib.
“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”, – deyə nazir qeyd edib.