Hadisə Region Salyan

2 qardaş arxda boğulub

Salyanda 2 azyaşlı qardaş su arxında boğulub.

Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb. Valideyin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı  2017-ci il təvəllüdlü Nail Rahin oğlu İsmayılov evlərinin yaxınlığından keçən su arxına düşərək boğulublar. 

Faktla bağlı araşdırma aparılır.