Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.
Aranxeber APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.
“Nissan” markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri – 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmov və “Mercedes” markalı avtomobilin sürücüsü Abbas Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
2 yaşlı Sabir Ceyhun oğlu Piriyevin vəziyyəti isə ağır olaraq qalır. Onun əməliyyat olunduğu bildirilir.



