Kürdəmir Region

Kürdəmir polisində kadr dəyişikliyi oldu

Daxili işlər nazirinin əmri ilə Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini polkovnik-leytenant Səfər Nuriyev tutduğu vəzifədən azad edilib.

Aranxeber Report-a istinadən xəbər verir ki, digər əmrə əsasən o, Baş Narkotiklə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə Regional Polis İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.Nuriyev 3 ilə yaxın Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.

Ailəlidir, 2 övladı var.