İmişli Region Sosial

İmişlidə kənd sakinləri kəndarası yolların vəziyyətindən narazıdır

İmişli rayon Mirili kəndinin kəndarası yolları bərbad vəziyyətdədir.

Aranxeber xəbər verir ki, kənd sakinlərin dediyinə görə, ümumi uzunluğu 6 km olan kəndarası yollar tamamilə dağılıb. Uzun illərdir ki, yerli sakinlər yolların yararsızlığından əziyyət çəkir.  Hələ 2013-cü ildə efirə getmiş görüntülərdən də görmək olar ki, ötən 7 ildə vəziyyət nəinki yaxşılığa doğru gedir, əksinə, getdikcə daha da pisləşir.

Cavabdeh təşkilatlar isə hələ də söz verməkdə davam edir. Hər yerdən əli üzülən kənd sakinləri çıxış yolunu kəndarası yolun görüntülərini çəkib paylaşmaqda görürlər.

Bu günlərdə kənd sakinlərinin paylaşdığı və bizə göndərdikləri son görüntüləri sizinlə paylaşırıq.