Hacıqabul Hadisə Region

Hacıqabul. 78 yaşlı kişi niyə intihar etdi?

Hacıqabulda intihar hadisəsi baş verib.

Aranxeber xəbər verir ki, hadisə rayonun Rəncbər kəndində qeydə alınıb.

Kənd sakini, 1942-ci il təvəllüdlü İbrahimov Alşur Ağalar oğlu özünü həyətdəki yardımçı tikilidə asıb. İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, yaxınlarının dediyinə görə 78 yaşlı A.İbrahimov onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı Hacıqabul Prokurorluğu tərəfindən araşdırma aparılır.