Hadisə Region Şirvan

Şirvanda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib

Şirvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Natəvan küçəsində qeydə alınıb. 

“VAZ 21011” markalı avtomobil yolu keçən şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Ramil Ramiq oğlunu vurub. Nəticədə piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.