Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının dosenti vəfat edib.
Aranxeber Report-a istinadən xəbər verir ki, fəlsəfə üzrə fəlsəfə doktoru Zümrüd Beydulova 67 yaşında qəfildən dünyasını dəyişib.
Qeyd edək ki, Beydulova Zümrüd Kərəməddin qızı 1953-cü ildə Şəki şəhərində anadan olub.
O, 1987-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. O, həmin ildən BDU-nun Fəlsəfə kafedrasında çalışırdı.



