Biləsuvar Hadisə Region

Biləsuvarda iki “VAZ” toqquşub: 1 nəfər ölüb

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, martın 5-də saat 14:00 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində M.Nəsibovun idarə etdiyi “VAZ-21014” və N.Şirinovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.