Salyan rayonu, Xələc kəndində ümumi sahəsi 160 m2 olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.
Aranxeber xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



