Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2020-ci il fevral ayının 29-da Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərini qəbul edəcəyi gözlənilir.
Aranxeber xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə V. Eyvazovun vətəndaşları Şirvan şəhər Polis Şöbəsində qəbul etməsi nəzərdə tutulmuşdur.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.



