Region Sosial

Saxlanılan İcra başçısının oğlu hakimdir

Xəbər verdiyimiz kimi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.

aranxeber.com “Sonxeber”ə istinadən xəbər verir ki, Nizaməddin Quliyev oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir.

Ramin Quliyev 1979-cu ildə anadan olub. O, 2001 – 2007-ci illlərdə Apellyasiya Məhkəməsinin məhkəmə iclas katibi, 2007 – 2010-cu illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin məsləhətçisi, məhkəmə iclas katibi, 2010 – 2013-cü illərdə Ali Məhkəmənin məhkəmə nəzarətçisi, 2013-cü ildən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi işləyir.