Baş Region

Regional təhsil əməkdaşlığı genişlənir

Aprelin 24-də pedaqoji təcrübə mübadiləsi çərçivəsində əməkdaşlığı daha da gücləndirmək üçün İmişli, Biləsuvar və Cəbrayıl rayonlarının təhsil şöbələrinin birgə tədbiri keçirilib. Tədbir İmişli rayonunun şəhid Mehman Süleymanovun adını daşıyan Hacırüstəmli kənd tam orta məktəbində olub.

Bu barədə “aranxeber.com”-a danışan İmişli Rayon Təhsil Şöbəsində ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Vilayət Əliyev deyib ki, bu əməkdaşlıq qarşılıqlı şəkildə pedaqoji təcrübədən yararlanmaq məqsədilə həyata keçirilir:

“Bunun üçün müxtəlif pedaqoji işlərin planları birlikdə müzakirə olunur və tətbiq olunur. Bugünkü işimiz isə “açıq dərs”i birlikdə izləmək oldu. Hacırüstəmli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hümbət Əzizovun dərsində iştirak etdik. Müəllim dərsi müasir tələblərə uyğun şəkildə qurdu. İKT avadanlıqlarından da istifadə etdi. Şagirdlərin bilik səviyyələri də qənaətbəxş səviyyədə idi. Ümumiyyətlə, belə tədbirlərin keçirilməsi, bir növ arada sağlam rəqabət yaradır. Bundan da lazımınca faydalanmaq lazımdır”.

Vilayət müəllim rayonlararası pedaqoji təcrübə mübadiləsinin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

 

[Best_Wordpress_Gallery id=”125″ gal_title=”Regional təhsil əməkdaşlığı genişlənir”]

Bir yanıt yazın