Təshil naziri Ceyhun Bayramov iki rayonun Təhsil Şöbəsinin müdirini vəzifələrindən azad edib.
Aranxeber xəbər verir ki, nazir Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədovu vəzifəsindən azad edib, Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımovu isə yaş həddi ilə əlaqədar təqaüdə göndərib.
Məlumata görə, hələlik həmin vəzifələrə təyinat olmayıb.
Xatırladaq ki, Səxavət Məmmədov 2016-cı ilin aprel ayından Goranboy Rayon Təhsil Şöbəsinin müdiri vəziəsində işləyib.
Seyidağa Kazımov isə 1 aprel 2016-ci ildə Saatlı Rayon Təhsil Şöbəsinin müdiri təyin olunmuşdu.



