Hadisə Region

İşdən çıxarılmış işçilər “ATENA”-nın ixtisarlarına etiraz etdi

Azərbaycanın ən iri süd istehsalçısı olan “ATENA” şirkətinin 250 nəfər işçisi etiraz aksiyası keçirib. Aksiyaya səbəb kimi, işçilərin heç bir xəbərdarlıq edilmədən bir gündə işdən çıxarılmasıdır. Respublikanın müxtəlif rayonlarından olan satış təmsilçiləri işdən çıxarılmaları barədə onlara verilən məlumata etiraz etdikdən sonra xidməti mobil teklefonlarına sms-lə məlumatlar gəlib. Həmin məlumatda onların digər şirkətdə işlə təmin olunacaqları bildirilib.

aranxeber.com-ın məlumatına görə,işdən çıxarılan 250 nəfər “ATENA” şirkətinin Ağcabədi rayon ərazisində yerləşən ofisi qarşısına toplaşaraq işdən azad olunmalarına hüquqi qiymətin verilməsini tələb ediblər. Aksiya təxminən 2 saata yaxın davam edib. İşçilərə bildirilib ki, zavodun əsas istehsal etdiyi məhsullar şirkətin digər səhmdarı tərəfindən “AVRORA” şirkətinə yönləndirilib. “ATENA” şirkətinin səhmdarlarından biri olan, Arif Rəsulov açıqlamasında bildirib ki, işdən azad olunan şəxslər yalnız satış və mühafizə işində çalışan işçilərdir. Arif Rəsulov onu da bildirib ki, zavodda istehsal edilən süd və süd məhsulları başqa firmaya ünvanlanıb: “İşçilər xəbərdarlıq edilmədən işindən azad edilib. Biz təklif vermişik ki, Müşahidə Şurası verdiyi qərarı dondursun. Əgər verilən qərar qüvvədə qalsa, bütün işçilər öz işini itirəcək”.

“ATENA” – nın Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyev isə etirazı yersiz hesab edib:
“Burda heç kim işdən çıxarılmayıb. Sadəcə şirkət xərclərin optimallaşdırılması üçün xərclərin bir hissəsini başqa şirkətə yönləndirib. Onlar bizim əməkdaşlarımızdır. Belə bir hal olsa, əmək qanunvericiliyinə əməl ediləcək. Biz belə qərar verdik ki, yenidən toplanaq və bir qərar verək”.

[Best_Wordpress_Gallery id=”123″ gal_title=”Atena”]

 

 

Bir yanıt yazın