Layihə Region Sosial

Qərb bölgəsində təlimlər başa çatıb

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qazax, Ağstafa və Tovuz rayonlarının kənd icmalarının problemlərinin həllinə dəstək üçün yerli hakimiyyət, vətəndaş cəmiyyəti və medianın səfərbər olunması” layihəsi çərçivəsində 31 oktyabr və 1 noyabr 2022-ci il tarixində Qazax rayonunda icma fəallarına təlim keçirib.

“Aran Xəbər” məlumat verir ki, 31 oktyabrda Yuxarı Salahlı kəndində, 1 noyabrda isə 2-ci Şıxlı kəndində keçirilən təlimlərin hər birində 15 nəfər icma fəalı və həmin kəndlərin bələdiyyə sədrləri iştirak edib.

Tədbirlərdə Birliyinin sədri Məhərrəm Göyüşoğlu Layihə və QHT-lərə Dövlət Dəstəyi Agentliyi barədə ətraflı məlumat verərib. Daha sonra təlimçi Fuad Bədəlov və ekspert Rafiq Muradov iştirakçılara icmaların yaranması, srtukturu, fəaliyyət sahələri barədə iştirakçıları məlumatlandırıb. İcma fəalları indiyə qədər icmanın öz gücü ilə Yuxarı Salahlı və 2-ci Şıxlı kəndlərində görülmüş işlərdən danışdılar.

Təlimlərin sonunda icma üzvləri icmanın əsas problemlərini müəyyənləşdirib və həlli yolları barədə qrup işi həyata keçiriblər.

Bununla Qazax Regional İnkişaf Resursları İctimai Birliyi 6 icmada tədbirlərini yekunlaşdırıb. Tədbirlərdə toplam olaraq 96 nəfər icma fəalı iştirak edib.

Tədbirlərin sonunda Qərb bölgəsinin icma problemləri dinlənildi və ümumiləşdirildi. Təşkilat bununla bağlı geniş hesabat hazırlayacaq.