Hadisə Region Sosial

14 yaşlı qız keçiriləcək nişan mərasiminin qarşısı alınıb

Bu gün 14 yaşlı qıza keçirilməsi nəzərdə tutulan nişan mərasiminin qarşısı alınıb.

“Aran Xəbər” xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib.

O deyib ki, yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb:

“Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunub, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Göyçay rayonundan olan 14 yaşlı qız ötən tədris ilinin sonunda məktəbdən çıxarılıb.