Hacıqabul Hadisə Region Sabirabad

Sabirabadda Kürdə batan şəxsin meyiti tapıldı

Sabirabadda Kür çayında batan şəxsin meyiti tapılıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumat verilib. Rayonun Ulacalı kəndində batan Hacıqabul rayonunun Qarasu kəndinin sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlunun meyiti Bulduq kəndinin ərazisində tapılaraq, sudan çıxarılıb.

Hacıqabul Hadisə Region Sabirabad

Beş uşaq atası Kür çayında boğuldu

Sabirabadda Kür çayında batan şəxsin kimliyi məlum olub. Aranxeber xəbər verir ki, Sabirabad rayonunun Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonu Qarasu sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlu Kür çayına yıxılıb. Hazırda onun axtarışları davam etdirilir.  Qeyd edək ki, Kürdə batan şəxs beş uşaq atasıdır.

Hadisə Region Sabirabad

Kürdə batan 14 yaşlı oğlanın meyiti tapılıb

Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində itkin düşən şəxsin meyiti tapılıb. Sabirabad rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 18-də, saat 17 radələrində Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Emil Məmmədovun çimərkən boğularaq ölməsi və meyitin itkin düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal qurumun əməkdaşları tərəfindən hadisə yerinə baxış […]

Hadisə Region Sabirabad

Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.İsmayılovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, habelə 3 kiloqram 870 qram marixuana aşkar edilərək götürülüb/APA.

Hadisə Region Sabirabad

Sabirabadda traktor qoşqusu yanıb

Sabirabadda yanğın qeydə alınıb. Aranxeber xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Axısxa kəndində, yol kənarında dayanan traktor qoşqusunun təkərləri və qoşquya yığılan 4 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.