Hadisə Region Sabirabad

Sabirabadda traktor qoşqusu yanıb

Sabirabadda yanğın qeydə alınıb.

Aranxeber xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Axısxa kəndində, yol kənarında dayanan traktor qoşqusunun təkərləri və qoşquya yığılan 4 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.