Sabirabadda Kür çayında batan şəxsin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumat verilib.
Rayonun Ulacalı kəndində batan Hacıqabul rayonunun Qarasu kəndinin sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlunun meyiti Bulduq kəndinin ərazisində tapılaraq, sudan çıxarılıb.



