Salyan Dövlət Yol Polisinə yeni rəis təyinatı olub. Aranxeber APA-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə baş-leytenant Tural Namazov Salyan rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib. Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin daxili tədqiqat yoxlaması nəticəsində Salyan DYP-nin rəisi Orxan Qəribov, rəis […]
Salyan
Daha bir körpə suda boğuldu-bu dəfə Bərdədə
Bərdə rayonunda bədbəxt hadisə baş verib. Aranxeber “Report”a istinadən xəbər verir ki, hadisə Çələbilər kəndində qeydə alınıb. Belə ki, Bərdə rayon sakini, 2017-ci il təvəllüdlü Səlimzadə Xaliq Şəmistan oğlu su quyusuna düşərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Xatırladaq ki, dünən də iki azyaşlı Salyan rayonunda suya düşərək boğulub. https://aranxeber.com/2-qardas-arxda-bogulub/
Daha 6 şəhər və rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara təəssüf ki, hələ də rast gəlinməkdədir. Prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir. Aranxeber xəbər verir ki, Baş Prokurorluğun […]
2 qardaş arxda boğulub
Salyanda 2 azyaşlı qardaş su arxında boğulub. Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb. Valideyin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı 2017-ci il təvəllüdlü Nail Rahin oğlu İsmayılov evlərinin yaxınlığından keçən su arxına düşərək boğulublar. Faktla bağlı araşdırma aparılır.
Velosiped oğurlamaqda şübhəli bilinən salyanlı saxlanıldı
Velosiped oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini saxlanıldı Aranxeber Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Səmədlinin 450 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini E.Məmmədov saxlanılmışdır. Faktla bağlı araşdırma aparılır.




